Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqunu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş