Müdafiə naziri Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunması, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edib.

KATEQORIYA:
Bu xəbəri paylaş