Müdafiə naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycandakı səfiri cənab Tsuquo Takahaşini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş