Müdafiə naziri Zakir Həsənov: “Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır”

Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə jurnalistlərə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.Müdafiə naziri qeyd edib ki, hazırda NATO ordularında mülki işçilərdən geniş istifadə edilir. Bunu əsas götürən Azərbaycan da ordusunu müasir ordulara uyğunlaşdırır: “İkincisi çalışırıq ki, əsgərlərimizi xidmətə aid olmayan işlərdən azad edək. Bu, çox mühüm məsələdir, Ali Baş Komandanın tapşırığıdır. Biz bunu həyata keçirəndən sonra nizam-intizamı daha da gücləndirəcək, hərbi qulluqçuların döyüş hazırlığına daha çox vaxt ayrılacaq”.

Nazir 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti ordusuna rəhbərlik etmiş generallar – Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskinin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər planının hazırlandığını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş