Müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri başlayıb

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən “Əbədi məşəl” abidə kompleksini ziyarət edərək əklil qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, sonra Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev tərəfindən Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş