Müdafiə nazirinin əsgərlərlə naharında maraqlı hadisə yaşanıb – VİDEO

Fevral ayının 6-da cəbhə xəttində yeni hərbi hissə kompleksinin açılışından sonra, Müdafiə Nazirliyinin rəhbərliyinin də qatıldığı əsgərlərlə naharda maraqlı hadisə yaşanıb.

“AzeriDefence”nin məlumatına görə, nahar zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov əsgərlərlə eyni masa arxasında, MN rəhbərliyində təmsil olunan digər yüksək rütbəli zabitlər isə ayrı masa arxasında əyləşiblər.

Əsgərlər qablara yemək çəkərkən, müdafiə naziri Zakir Həsənov da masadakılara çörəyi şəxsən bölüşdürüb. Nazir əsgərlərə çörəyi paylayandan sonra, Baş Qərargah rəisinə çörək çatmadığını görüb əlində qalan sonuncu çörək tikəsini onunla yarı bölüb.

Video üçün bax

KATEQORIYA:
Bu xəbəri paylaş