Müdafiə Nazirliyi: “40 hərbçimizin mühasirəyə düşməsi, 8 hərbçimizin yaralanması barədə xəbər yalandır”

Müdafiə Nazirliyi bəzi saytlarda 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.

“AzeriDefence”nin xəbərinə görə, nazirlik bu məlumatı yalan və təxribat xarakterli adlandırıb.

“Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar. Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir”,- deyə Nazirlik bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş