Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan elektron kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə yer alan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”nin sorğusuna cavab olaraq bildirilib ki, bu Ermənistan tərəfinin növbəti yalanı və dezinformasiyasıdır.

“Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə nazirlikdən qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş