Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Cəbhədə vəziyyət yenə də gərgin olaraq qalır. “AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 8-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər.

İntensiv xarakter alan atışmalarda Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş