Müdafiə Nazirliyi ilə NATO ekspert qrupu arasında İşçi görüşü keçiriləcək

Mayın 6-da Bakı şəhərində Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bu proqram çərçivəsində Müdafiə Nazirliyinin üzərinə götürdüyü məqsəd və öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsi müzakirə ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş