Müdafiə Nazirliyi orduda müqavilə əsasında xidmətə qəbul elan edib

Silqhlı Qüvvələrdə müqaviləli heyətin sayı artırılırAzərbaycan Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının işə qəbulunu elan edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Orduda müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək arzusunda olan Azərbaycan vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş