Müdafiə Nazirliyində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşə Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Tariq Qafur rəhbərlik edib.

İşçi qrupunun görüşündə ölkələr arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qarşılıqlı fayda verəcəyi vurğulanıb, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün gündəliyinə çıxarılan mövzular üzrə müzakirələrin yekununda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2013-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş