Müdafiə Nazirliyinin internet saytı yenilənib

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytı yenilənib. “AzeriDefence”nin məlumatına görə, nazirliyin www.mod.gov.az ünvanında yerləşən internet saytının dizaynı dəyişdirilib. Saytda yeni struktur bölmələri yaradılıb.Saytda Müdafiə Nazirliyinin rəsmi media qurumları olan “Azərbaycan Ordusu” qəzeti, “Hərbi Bilik” jurnalı barədə bölmələr yaradılıb. Ziyarətçilər bu bölmədən adıçəkilən mətbu orqanları elektron versiyada oxuya bilərlər. Bundan başqa saytda MN Sənədli Filmlər Kinostudiyası barədə bölmə hazırlanıb.

Saytın struktrundakı digər yenilik isə Mətbuat xidməti və Hərbi Hüquq bölmələridir. Hərbi Hüquq bölməsində qanunvericilik, emblemlər, nizamnamələr, bayraqlar, Milli Qəhrəmanlar, orden və medallar, geyim qaydaları barədə məlumatlar yer alır.

Saytda hərbi təhsil müəssisələri və qoşun növləri ilə bağlı səhifələr mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş