Müdafiə sənayesi naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 17-də müdafiə sənayesi naziri Yavər Camalov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Y. Camalov Azərbaycan ilə İraq arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş