Müdafiə sənayesi naziri İtaliya Senatının müdafiə komissiyasının sədri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorre ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nikola Latorre səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və İtaliyanın səfirləri iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş