Müdafiə Sənayesi Nazirliyində ABŞ şirkətləri ilə görüş olub

Müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının “Bell Helicopter Textron”, “Sierra Nevada Corporation” və “FLİR Systems” şirkətlərinin nümayəndələri ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Şirkət nümayəndələri də öz növbəsində təmsil etdikləri şirkətlər haqqında ətraflı informasiya veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş