Müdafiə naziri Almaniyanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Yeni təyinatı ilə əlaqədar səfiri təbrik edən müdafiə naziri ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.

Səfir ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş