Müdafiə naziri cəbhə bölgəsində artilleriya qüvvələrinin döyüş hazırlığını yoxlayıb

Cəbhə bölgəsində olan Azərbaycanın müdafiə naziri artilleriya qüvvələrinin döyüş hazırlığını yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriya qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

Raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş