Müdafiə naziri cəbhə bölgəsində istifadəyə veriləcək üç hərbi şəhərcikdə aparılan tikinti işlərini yoxlayıb

Müdafiə nazirliyinin rəhbərliyi cəbhəboyu zonadakı yeni inşa edilən üç hərbi şəhərcikdəki qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də iki hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərində Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni tikilən əsgər yeməkxanalarından birində hərbi qulluqçularla birlikdə nahar edib, mülki qulluqçularla söhbət edərək, müvafiq göstəriş və tövsiyələrini verib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş