Müdafiə naziri cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub – FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində mobil səhra hospitalında olub.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.

Z. Həsənov ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olub.

Burada müdafiə naziri müvafiq tapşırıqlarını da verib.

hosp2

hosp3

hosp4

hosp5

KATEQORIYA:
Bu xəbəri paylaş