Müdafiə naziri cəbhə xəttində hərbçilərlə görüşüb

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Z. Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da, Azərbaycan torpaqları işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.

Şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikanın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.

mncebhe1

mncebhe4

mncebhe5

mncebhe7

KATEQORIYA:
Bu xəbəri paylaş