Müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdə olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

KATEQORIYA:
Bu xəbəri paylaş