Müdafiə naziri “Gələcək Qüvvələr Forumu 2016″da iştirak edəcək

“Gələcək Qüvvələr Forumu 2016″da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyaya səfərə gedib.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Səfər Çexiyanın müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə reallaşıb.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində  Z.Həsənov Çexiyanın müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər keçirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş