Müdafiə naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş