Müdafiə naziri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kim Çanq-Qyu ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də münasibətlərin uğurla davam etdiyi vurğulanıb.

Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Koreyalı səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş