Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb – FOTOLAR

Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.

cebhe1

cebhe2

cebhe4

KATEQORIYA:
Bu xəbəri paylaş