Müdafiə naziri ön xətdə yerləşən hərbi qulluqçularla görüşüb – FOTO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş