Müdafiə naziri Qazaxıstanın Baş naziri ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri cənab Kərim Məsimov ilə görüşüb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin Müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.
KATEQORIYA: Müdafiə