Müdafiə naziri Qazaxıstanın Müdafiə Universitetində olub – FOTOLAR

Qazaxıstana rəsmi səfəri davam edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 4-də Müdafiə Universitetində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətdən məlumat verilib.

Müdafiə naziri Zakir Həsənov Qazaxıstanın Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub.

General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.

Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

 

mnunvr1

mnunvr3

KATEQORIYA:
Bu xəbəri paylaş