Müdafiə nazirini aparan təyyarə qəza enişi edib

Almaniyanın müdafiə naziri Ursula fon der Lyaeni Litvaya aparan təyyarə qəza enişi edib.

“AzeriDefence”nin Almaniyanın “Kieler Nachrichten” xəbər saytına istinadən verdiyi məlumatına görə, müdafiə nazirini Litvanın Kaunas şəhərinə aparan A400M yeni istismara verilən hərbi-nəqliyyat təyyarəsinin mühərrikinin biri xarab olub.

Pilotlar təyyarəni Kaunas hava limanına endirə biliblər.

Ursula fon der Lyaeni Litvaya səfərinin səbəbi NATO-nun irimiqyaslı təlimlərində iştirak etmək üçün bu ölkəyə dislokasiya olunmuş 130 hərbçisi ilə görüşmək və təlimlərin hazırlıq vəziyyəti ilə maraqlanmaq olub.

Nazir Almaniyaya A400M-in təmiri üçün göndərilən heyəti gətirən C-160 “Transall” təyyarəsi ilə qayıtmaq məcburiyyətinə qalıb.

Məlumatda o da qeyd olunub ki, bu Ursula fon der Lyaenin ilk xarici səfəri olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş