Müdafiə Nazirliyi 50 ədəd “NAZ-Lifan” alacaq

Müdafiə Nazirliyi yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən MAZ, KamAZ markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb.

Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan” markalı minik avtomobillərindən də istifadə edilir və onlar da öz praktikliyini sübut ediblər.

Yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan” maşınları ilə əvəzlənmsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş