Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin əsir götürülməsi xəbərini təkzib edib

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlik bəyan edib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

“Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”, – deyə Nazirlik qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş