Müdafiə Nazirliyi: “Azərbaycana məxsus PUA-lar ermənilərin mövqelərinin dərinliyində fəaliyyət göstərir”

Azərbaycan Müdafiə Nazirliyi erməni elektron kütləvi informasiya vasitələrinin cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yaydıqları xəbərə münasibət bildirib .

“AzeriDefence”nin sorğusuna cavab olaraq, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Bu xəbər erməni tərəfinin növbəti uydurmasıdır .

“Bu xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq. Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar”.

Nazirlik bəyan edib ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır  və düşmənin hərəkətlərini nəzarətdə saxlanılır: “PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş