Müdafiə Nazirliyi Beyləqanda torpaq sahəsi alacaq

Nazirlər Kabineti Müdafiə Nazirliyinə Beyləqan rayonundatorpaq sahəsinin ayrılması barədə qərar qəbul edib.

“AzeriDefence”nin Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonunun Milabad qəsəbəsində “Mil-Qarabağ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mil” üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Müdafiə Nazirliyi müəyyən edilib.

Müdafiə Nazirliyinə göstərilən torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirmək və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etmək tapşırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş