Müdafiə Nazirliyi cəbhə xəbərləri ilə bağlı Azərbaycan mediasına müraciət edib

Cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, müraciətdə bildirilib ki, anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət edir. Bunu nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş