Müdafiə Nazirliyi: “Ermənilərin həm döyüş, həm də qeyri-döyüş itkiləri çoxdur”

“Erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.

Bu barədə “AzeriDefence”nin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bəyan edib ki, bu gün də baş verən insidentdə isə təlafatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb.

“Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş