Müdafiə Nazirliyi: “Ermənistan bunlara əməl etməyəcəyi təqdirdə müharibənin baş verməsi qaçılmzadır” 

“Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmzadır”.

“AzerDefence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibətində bildirib.

Nazirlik qeyd edib ki, ermənilər hər gün, hər an, hər saat Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər:

“Məşhur bir kəlamda deyildiyi kimi “Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”.

KATEQORIYA:
Bu xəbəri paylaş