Müdafiə Nazirliyi: Ermənistan cəbhədə verdiyi çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir

Qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.

Bu barədə “AzeriDefence”nin sorğusuna cavab olaraq Müdafiə Nazirıliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bəyan edib ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.

“Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”, – deyə Nazirlik bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş