Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı alınır

Cəbhə xəttində Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi bəyan edib ki, düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir.

Qeyd edək ki, Ermənistan KİV-ləri noyabrın 30-da cəbhədə baş vermiş atışmada 3 erməni hərbçisinin yaralanmasına dair məlumat yayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş