Müdafiə Nazirliyi hərbi təhsil müəssisələrinə kursantların qəbulunu ELAN EDİB

Müdafiə Nazirliyi 2016-2017-ci tədris ili üçün hərbi təhsil müəssisələrinə kursantların qəbulunu elan edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik Heydər Əliyev adına Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə, Hərbi Tibb Məktəbinə və Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbulu elan edib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbində 15 sentyabr 2016-cı ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 120 AZN məbləğində müavinət alırlar. Hərbi Tibb Məktəbinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növlərilə təmin olunur və ayda 154 AZN, ərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində yda 46 AZN məbləğində müavinət alırlar.

Hərbi tədris müəssisələrinə qəbul qaydaları barədə daha detallı BURADA

KATEQORIYA:
Bu xəbəri paylaş