Müdafiə Nazirliyi Kasprşikin bayramlar ərəfəsində atəşkəs təklifini müsbət qarşılayıb

“Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır”.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlama Müdafiə Nazirliyinindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışı ilə bağlı bildirilib.

Nazirlikdən qeyd olunub ki, münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır:

“Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.

KATEQORIYA:
Bu xəbəri paylaş