Müdafiə Nazirliyi: Torpaqlarımız erməni əsgərlərinin qanı axıdılaraq azad ediləcək

Münaqişənin yeganə həlli yolu işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır.
Bu barədə Emənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib .

“S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq. Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır”,- deyə Nazirliyin mətbuat xidmətindən bildirilib .

Müdafiə Nazirliyi bəyan edib ki , əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlar düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş