Müdafiə Nazirliyində ABŞ nümayəndə heyəti ilə görüş olub

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələr arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş