Müdafiə Nazirliyində kollegiya iclası keçirilib – FOTOLAR

Bu gün Müdafiə Nazirliyində 2016-cı tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, kollegiya iclasında hesabat dövründə aparılan fəaliyyətlər, ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.

İclasda çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, davam edən islahatlar, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2017-ci tədris ilində Silahlı Qüvvələr qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.

Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Müdafiə nazirinin əmrinə əsasən, 2016-cı tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular müxtəlif medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

kollegiya5 kollegiya4 kollegiya2 kollegiya1

 

KATEQORIYA:
Bu xəbəri paylaş