Müdafiə Nazirliyinə hərbi əməliyyatlarda iştirak etmək istəyənlər tərəfindən çoxsaylı müraciətlər ünvanlanır

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək istəyənlər Müdafiə Nazirliyinə müraciət edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş