Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna polkovnik hərbi rütbəsi təqdim olunub

9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, Silahlı Qüvvələr xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş