Müdafiə Nazirliyinin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb

Bu gündən etibarən “Facebook” sosial şəbəkəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına “Facebook” sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş