Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək

Azərbayca Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi noyabrın 13-də keçiriləcək.

Bu barədə “Azeridefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcək.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcək.

Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş