Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub – FOTO

Bu gün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.

Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib.

Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

tibb2

KATEQORIYA:
Bu xəbəri paylaş