Müdafiə Nazirliyinin zabitlərinin geyim formasında yenilik – FOTO

Azərbaycan Müdafiə Nazirliyinin zabitlərinin geyim formasında dəyişiklik edilib.

“AzeriDefence”nin məlumatına görə, dəyişikliklər əsasən zabit heyətin yaz və payız mövsümündə geyindikləri qısa kitellərdə edilib.

Belə ki, yeni geyimdə sağ qola kiçik ölçüdə Azərbaycan Respublikasının Dövlət Bayrağı tikilib. Sağ döş üzərində qızılı saplarla tikilmiş, haşiyəyə alınmış ismlik, sol döş cibinin üzərində isə zabitin təmsil etdiyi qoşun növü yazılıb.

Orden və medallar açıq və qəlibdə qoşun növünü bildirən ismlikdən yuxarıda taxılır.

KATEQORIYA:
Bu xəbəri paylaş